Türkiyənin Konya şəhərində üçmərtəbəli bina çöküb.
“Qafqazinfo” yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Selçuklu rayonunda qeydə alınıb.
Binada 3-4 nəfərin olacağı ehtimalı ilə aaxtarma-xilasetmə işlərinə başlanılıb.
Əraziyə AFAD əməkdaşları, ambulanslar və polis qüvvələri cəlb olunub.