İstanbul, 24 yanvar, Günel Karatepe, AZƏRTAC
Türkiyənin Konya şəhərində yaşayış binası çöküb. Dağıntılar altında qalanların olduğu bildirilir.
AZƏRTAC xəbər verir ki, hadisə ilə bağlı Konya valisi İbrahim Akın mətbuata açıqlama verib. Bildirilib ki, çökən binanın altından iki nəfər sağ olaraq çıxarılıb, daha beş nəfərin axtatışları davam edir.