Konyada 4 mərtəbəli binanın çökməsi səbəbilə başladılan axtarış-xilasetmə tədbirləri bitib.
Bakupost.az APA Türkiyə mətbuatına istinadən xəbər verir ki, dağıntıların altından daha bir nəfərin meyiti çıxarılıb.
Qeyd edək ki, ümumi olaraq, baş verən hadisə nəticəsində üç nəfərin həyatı xilas edilib, iki nəfər ölüb.