İngiltərə Premyer Liqası komandalarından “Çelsi”nin futbolçusu Renato Veyqa karyerasını İtaliyada davam etdirməyə yaxındır.
Apasport.az xəbər verir ki, “Yuventus" müdafiəçini icarəyə götürmək üçün danışıqlar aparır.
Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Turin klubu portuqaliyalını mövsümün sonuna kimi icarəyə götürmək niyyətindədir.
Qeyd edək ki, 21 yaşlı cinah müdafiəçisi bu mövsüm "zadəganlar"ın heyətində çıxış etdiyi 18 oyunda 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
“Barsa”nın üzvü ölkəsinə qayıda bilər
"Qalatasaray"ın sabiq ulduzu karyerasını bitirib
Kimmix İspaniya yolunda
40 milyondan çox qazandılar: Türkiyə klublarının UEFA gəliri
Sabiq "Fənər"li Yunanıstan klubuna keçib: Pelkas vətənində