AZ

Bakı bazarlarında bu süd məhsulu tapılımır - ancaq sifarişlə gətirilir - VİDEO

Paytaxt bazarlarında qaymaq tapmaq çətinləşib.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, satıcıların sözlərinə görə, əvvəlki  dövrlərdən fərqli olaraq qaymağı indi Bakıya yalnız sifarişlə gətirirlər.

Bundan başqa təmiz qaymaqdan hazırlanan kərə yağı da qəhətə çəkilib.

Satıcılar deyir ki, xalis kərə yağının əldə olunması böyük zəhmət tələb edir..Həmdə hər keçən il xərclər  artır.

Ağartı məhsullarını Sabirabaddan gətirən bu xanım satıcı isə  təbii yağın bazarda azalmasının səbəbələrini belə izah  edir...

İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, ölkədə südlük istiqamətli heyvanlar tələbatı ödəyəcək sayda deyil. Bununla yanaşı iqlim dəyişmələri, otlaq sahələrinin azalması və digər səbəblərdən də xərclər artırıb. Yaxın vaxtlarda  isə qiymətlərdə ucuzlaşma gözlənilmir.

Daha ətraflı videomaterialı təqdim edirik. 

Milli.Az

Seçilən
4
3
milli.az

10Mənbələr