AZ

Neftin qiymətini 45 dollara salmaq lazımdır - Kelloq

Neftin bir barelinin qiymətini 45 dollara salmaq lazımdır.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.

O bildirib ki, yalnız Ukraynaya kömək etməklə Rusiyanı müharibəni dayandırmağa məcbur etmək olmaz:

“Biz neftin qiymətini bir barel üçün 45 dollara endirməliyik”.

Xüsusi nümayəndənin fikrincə, Rusiya neft sənayəsi ilə bağlı daha sərt tədbirlər görülməlidir:

“Rusiya neft satışından milyardlarla dollar qazanır. Bəs qiyməti barel üçün 45 dollara endirsək necə olacaq?”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp yanvarın 23-də ölkəsinin neft qiymətlərini aşağı salmaq niyyətində olduğunu bildirib.

Seçilən
16
2
axar.az

4Mənbələr