İsrailin Təhlükəsizlik Kabineti Qəzzada girov və atəşkəs razılaşmasını təsdiqləyib.
Parol.az xəbər verir ki, nəticədə 6 həftə davam edəcək birinci mərhələdə aralarında 50 yaşdan yuxarı kişilərin və qadınların, o cümlədən uşaqların da olduğu 33 yəhudi girov azad ediləcək.
Məlumat üçün bildirək ki, razılaşma icra edilərsə, təqribən 990 – 1650 nəfər arasında şəxs evinə dönmüş olacaq.