AZ

Yuxuda meyvə görməyin mənası nədir?

Yuxuda meyvə görməyin mənası nədir?

Yuxu bədənimizin istirahət etməsi və enerjisini bərpa etməsi üçün təbii bir haldır. Gecə boyunca yuxu rejiminin düzgün olması, həm fiziki, həm də zehni sağlamlıq üçün vacibdir.

Bəs yuxuda meyvə görməyin mənası nədir?

MEYVƏ-Röyada meyvə ağacı görmək-hamı üçün ürəkaçan bir iş görməyə, sərvətin və etibarın yüksələcəyinə işarə sayılır. Bu röya bütün meyvələr üçün eyni şəkildə yozulur. Yuxuda dadlı meyvə görmək-ruzini , mənfəəti və faydalı elmi ifadə edir. Köhnə meyvə yemək də ruziyə və elmə yozulur. Gözəl və xoş ətirli meyvələr olan bir ziyafətdə iştirak etmək, ancaq hec birinə əl vurmamaq-xeyrə əlamətdir. Yetişməmiş, kal meyvə-tələsik, düşünülməmiş bir hərəkətdən ortaya çıxacaq təhlükəyə; dəymiş meyvə-gecikməniz ucbatından işinizin tərs gedəcəyinə işarədir. Yuxuda görülən meyvənin rəngi solğun olarsa, xəyanət üzündən ziyana uğrayacaqsınız.

Fatimə
Qlobal.net

Seçilən
7
34
qlobal.net

10Mənbələr