ABŞ müdafiə nazirliyi hərbi əməliyyatlarla bağlı sosial şəbəkələrdə məlumatların yayılmasına qlobal xarakterli müvvəqqəti moratorium tətbiq edib.
Publika.az xəbər verir ki, Pentaqonun qəbul etdiyi bu moratoriumun hərbi qurumun sosial şəbəkə hesablarının ABŞ prezidenti Donald Trampın hərbi hazırlıq və hərbi əməliyyatların aparılması ilə bağlı prioritetlərinə uyğunluğunu təmin etmək məqsədi daşıdığı bildirilir.
KİV-lərin iddiasına görə, Pentaqon səhifələrində sözügedən “informasiya fasiləsi” Robert Salesesin müdafiə naziri vəzifəsinə təyin olunması ilə bağlı qərar təsdiqlənənə qədər davam edəcək.