AZ

İmtahanlardan keçən taksi sürücülərinin sayı açıqlandı - Bu, onlara nə qazandırır?

Bakı. Trend:

Bildiyimiz kimi, ötən ilin avqust ayından başlayaraq taksisürücülərinin qiymətlədirilməsi üçün Dövlət İmtahan Mərkəzitərəfindən imtahanlar keçirilir. İmtahanı müvəffəqiyyətlə vermişnamizədlər 7 il müddətində etibarlı olan şəhadətnamə əldə edir.

Maraqlıdır, bu günə kimi neçə nəfər bu imtahanlardaiştirak edib?

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətininrəhbəri Xanlar Xanlarzadə Trend-ə bildirib ki,taksi sürücüləri üçün imtahan keçirilməyə başlanan vaxtdan bu günəkimi 6 678 nəfər imtahanda iştirak edib.

“Onlardan 5 983 nəfəri uğur qazanıb və şəhadətnamə alıb. Bu günəolan məlumata əsasən, bundan sonra, bu gün də daxil olmaqla 5 444nəfər üçün imtahan keçirilməsi nəzərdə tutulub”, - o qeyd edib.

O əlavə edib ki, bu siyahıda, rəqəmlərdə artım ola bilər:

“Çünki taksi sürücüləri üçün keçirilən imtahanlar sifarişəsasında həyata keçirilir. Sürücülər üçün təlimlər, hazırlıqkusları keçirilir və bu imtahan zamanı həmin kurslarda iştirak edənşəxslərin hazırlığının qimətləndirilməsi aparılır”.

Bəs, sürücülər üçün keçirilən imtahanlar namizədlərənə qazandırır?

Mövzu ilə bağlı Trend-ə danışan təhsil eksperti ElçinƏfəndiyev bildirib ki, bu imtahanın keçirilməsində başlıcaməqsəd ondan ibarətdir ki, taksi sürücülərinin etik davranışqaydaları ilə bağlı ümumi məlumatları olsun.

“Artıq bir müddətdir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən taksisürücüləri üçün imtahan keçirilir. Əlbəttə, bu imtahanınkeçirilməsində başlıca məqsəd ondan ibarətdir ki, taksisürücülərinin etik davranış qaydaları ilə bağlı ümumi məlumatlarıolsun və yaxud da məlumatları olmalıdır ki, onlar sertifikat əldəedə bilsinlər. Həmçinin yol-nəqliyyət hərəkətinin təşkili zamanı,sərnişin daşınmada sərnişinlərlə münasibət və digər psixolojiamillər məhz bu imtahan əsasında müəyyənləşdirilir. Təbii ki,imtahandan keçən namizədlərə də sertifikatlar təqdim olur”, - ovurğulayıb.

Ekspert qeyd edib ki, əgər kimsə məhz taksi fəaliyyəti iləməşğul olmaq istəyirsə, imtahandan keçməlidir:

“Yəni, kimsə qarşısına məqsəd qoyub ki, mən taksi sürəcəm, taksiistifadə edəcəm, əlbəttə ki, həmin kəslərə dövlət imkan yaradır ki,siz sertifikat alandan sonra müvafiq xidməti göstərə bilərsiniz.Sertifikat almadan olmaz. Və o zaman da təbii ki, həmin taksisürücüləri məcburdurlar ki, öz xidmət sferalarına uyğun olaraqmüəyyən qaydaları öyrənsinlər və onlara əməl etsinlər. Düşünürəmki, bu imtahan sürücülərə ən azı psixoloji, etik davranışqaydalarını öyrədə bilir.

Məhz etik və psixoloji qaydalar üzərindən düşünsək, ən azıbunları əldə edə bilirlər. Hansı ki, həmin şəxslər sertifikatalırlar və həmçinin yol nəqliyyatı ilə bağlı təhlükəsizliyintənzimlənməsi və təhlüksizlik qaydaları, dövlət yol nişanları və s.Bunlar haqqında ən azı informasiya sahibi olurlar. Düşünürəm ki,sürücülər müəyyən prosesləri bilmədən və ya qismən bilərək yolaçıxırdılarsa, artıq sertifikatı əldə etmək üçün onlar məcburdurlarki, müəyyən araşdırma aparsınlar, nələrsə öyrənsinlər. Nəticəetibarilə öz biliklərini bu istiqamət üzrə artırırlar. Və belə olanhalda əlbəttə ki, müəyyən savad əldə etdiklərini düşünürəm. Yəni,demək olar ki, ümumi prosesin də müsbət cəhəti, müsbət tərəfi məhzbundan ibarətdir”.

Qeyd edək ki, həmin imtahanlardan biri də bu gün keçirilib.İmtahanlarda iştirak etmək üçün ümumilikdə 1 563 nəfər qeydiyyatdankeçib.

Seçilən
6
50
az.trend.az

10Mənbələr