"United Airlines"-a məxsus "Boeing 787-8" təyyarəsinin sərt eniş etməsi nəticəsində dörd sərnişin və iki ekipaj üzvü ağır xəsarət alıb.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Nigeriyada baş verib.
Həmin an təyyarədə olan 27 nəfər yüngül yaralanıb.
İlkin versiyaya görə, insidentə səbəb təyyarənin texniki nasazlığı olub.