AZ

Azərbaycan-Ermənistan məsələsi Vaşinqtonla bu səbəblə müzakirə olunur- Politoloqdan AÇIQLAMA

Ötən gün ABŞ Dövlət katibi Marko Rubio və Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə ediblər. Telefon danışığı zamanı tərəflər Azərbaycan və Ermənistan arasında davamlı və ləyaqətli sülhün vacibliyini vurğulayıblar.


Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi ekspert Məhəmməd Əsədullazadə deyib ki, rəsmi Ankara  Azərbaycan-Ermənistan məsələsini gündəmində saxlayır:

 

“Ankara bunu Vaşinqtonla müzakirə etməklə, prosesin tam Ermənistanın leyhinə işləməsinə imkan vermir. Digər tərəfdən, ABŞ dövlət katibi ilə Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi məsələsinin müzakirəsi, Ankaranın prosesdə aktiv rol aldığının mesajıdır. ABŞ-nin yeni administrasiyası Cənubi Qafqaz siyasətini Türkiyə ilə koordinasiyalı davam etdirəcək. Bir neçə gün bundan əvvəl, Ermənistanın Co Bayden adminstrasiyasi ilə bağladığı “İkitərəfli strateji tərəfdaşlıq” sazişi birbaşa Vaşinqton-İrəvan dialoqunun formalaşmasına gətirməyəcək”.

 

Müsahibimiz qeyd edib ki, xüsusilə Tramp administrasiyası Ankara ilə Ermənistan siyasətini uzlaşdıracaq:


“Ona görə də Ermənistan ilk növbədə Azərbaycanla sülh müqaviləsi bağlamalı və Türkiyə ilə normallaşma prosesinə getməyə məcbur olacaq. Ermənistanın Vaşinqtondan siyasi-hərbi gözləntiləri “arzu”olaraq qalacaq. ABŞ Ermənistana dövlət yardımlarını dayandırıb. Həmçinin proses Azərbaycanla sülh müqaviləsi bağlamadan keçir. Nikol Paşinyan Vaşinqtona işgüzar səfəri isə prosesi dəyişməyəcək”.


Günay Rəsulqızı
 

Seçilən
1
8
sfera.az

5Mənbələr