AZ

“Baku Medical Plaza”nın “Qastroenterologiya Mərkəzi” xidmətinizdədir!

Səhiyyə sahəsində yüksəksəviyyəli xidmət göstərən “Baku Medical Plaza”nın yeni “Qastroenterologiya Mərkəzi” fəaliyyətə başlayıb. 

“Babək Filialı”nda istifadəyə verilən tibb müəssisəsində mədə-bağırsaq sistemində yaranan problemlərin erkən diaqnostikası, effektiv müalicəsi və profilaktikası həyata keçirilir. Mərkəzdə qastroenterologiya sahəsində ixtisaslaşmış mütəxəssislər, peşəkar həkim heyəti tərəfindən xəstəliyin dəqiq müayinə və müalicəsi aparılır. 

Qastroenterologiya Mərkəzində aşağıdakı xidmətlər təqdim olunur:

- Mədə və bağırsaq problemlərinin diaqnostikası və müalicəsi

- Endoskopiya və kolonoskopiya

- Həzm sistemi xəstəliklərinin profilaktikası

- Dietik məsləhətlər və sağlam qidalanma proqramları

- Xroniki qastroenteroloji xəstəliklərin təyin olunması

Müasir Avadanlıqlar və Yüksək Texnologiya

“Qastroenterologiya Mərkəzi” ən müasir diaqnostik avadanlıqlarla təchiz olunub. Bu isə mədə-bağırsaq xəstəlikləri zamanı diaqnozun sürətli və effektiv şəkildə aparılmasını təmin edir. Həmçinin yüksək ixtisaslı həkim heyəti tərəfindən hər bir xəstəyə ən uyğun müalicə planı təqdim olunur. Əgər həzm problemləriniz varsa və ya qastroenteroloji müayinədən keçmək istəyirsinizsə, Baku Medical Plaza Babək filialında açılan yeni Qastroenterologiya Mərkəzinə müraciət edə bilərsiniz.

Xatırladaq ki, “Baku Medical Plaza” 2012-ci ildən etibarən fəaliyyət göstərir və bu müddət ərzində səhiyyə sahəsində yüksək keyfiyyətli xidmətləri ilə fərqlənir. Hazırda şəbəkənin “Babək”, “Mərkəz” və “Medilux” filialları pasiyentlərə müasir standartlara uyğun, peşəkar tibbi xidmət təqdim edir.

Daha ətraflı məlumat və qeydiyyat üçün:

- Telefon: 909

- Sayt: www.bmp.az



Seçilən
14
qafqazinfo.az

1Mənbələr