“Liverpul”un sabiq qapıçısı Loris Kariusun “Şalke”dəki maaşı bəlli olub.
İdman.biz xəbər verir ki, mövsümün sonunadək müqavilə imzalayan qolkiper həyat yoldaşından qat-qat az qazanmağa razılaşıb.
Kariusun xanımı Diletta Leotta teleaparıcı kimi qapıçıdan 3-4 qat çox maaş alır. A seriyasını işıqlandıran media nümayəndəsionin illik əmək haqqı təxminən 840 min funt sterlinqdir. Bu, ayda 70 min qazanc deməkdir.
Loris isə yarım il üçün vur-tut 125 min funt alacaq. Bu, onun xanımının iki aylıq maaşından da azdır.
Qeyd edək ki, 2021-ci ilin payızından sonra cəmi 2 rəsmi matça çıxan Karius “Şalke”yə qədər “Nyukasl”da forma geyinib.
İdman.biz