Bakı. Trend:
İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətininMərənd rayonunda qar uçqunu baş verib.
Trend-in ölkənin yerli KİV-lərinə istinadən məlumatınagörə, bunu İranın Şərqi Azərbaycan vilayəti Mərən rayonu QırmızıAypara Cəmiyyətinin rəhbəri Yəhya Haqcu mediaya açıqlamasındadeyib.
Onun sözlərinə görə, ötən gün Mərənd rayonunun “Danaqıran”zirvəsində qar uçqunu baş verməsi nəticəsində məlumat daxil olub və2 nəfər qar uçqunu ilə çıxılmaz vəziyyətə düşüb. 5 saatlıqkeçirilən əməliyyat nəticəsində alpinistlərə çatmaq mümkünolub.
“Qar uçqunu nəticəsində alpinist kişi yaralanıb, onun həyatyoldaşı alpinist qadın isə ölüb”, - deyə o bildirib.
Qeyd edək ki, Mərənd rayonunda “Danaqıran” zirvəsi dənizsəviyyəsindən 2 851 metr yüksəklikdədir.