AZ

Bu ölkənin yaşlı sakinləri həbsxanaya düşmək istəyirlər

Yaponiyanın yaşlı sakinləri arasında kifayət qədər özünəməxsus tendensiya müşahidə olunub. Onlar həbsxanaya düşmək istəyirlər. Psixoloqlar bunun tənhalıqdan olduğuna inanırlar.

Publika.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilir ki, Yaponiyanın ən böyük qadın həbsxanasında hazırda sıxlıqdır və əsasən yaşlı qadın məhbuslardır. Həbsxana nəzarətçiləri deyirlər ki, məhbuslarda tənhalıq hissi o qədər dərindir ki, onlar istənilən cinayəti törətməyə, dəmir barmaqlıqlar arxasında qalmağa üstünlük verirlər. Sosial amil problemi də var. Bəziləri ayda 130-190 dollar ekvivalentində pul alır ki, bu məbləğlə də yaşamaq olduqca çətindir, həbsxanada isə hər şey pulsuz verilir.

Onlar yemək, pulsuz tibbi xidmət, qayğı, ünsiyyət əldə edirlər ki, bu da azadlıqda mümkün deyil.

Seçilən
2
2
publika.az

2Mənbələr