Məhəmməd Salah nöbbəti dəfə “Liverpul”da ayın ən yaxşı oyunçusu seçilib.
KONKRET.az xəbər verir ki, bu barədə klub rəsmi saytında məlumat yayıb.
Misirli hücumçu bununla ardıcıl üçüncü dəfədir ki, ayın ən yaxşısı seçilir.
Salah dekabrda bütün liqa və kubok oyunları daxil olmaqla, 7 dəfə meydana çıxıb. Həmin matçlarda 8 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, “mersisaydlılar” hazırda İngiltərə Premyer Liqasında liderdir.