AZ

Dünya görür ki, Azərbaycanın enerji təhlükəsizliyi siyasəti yüksəliş mərhələsindədir - Aydın Quliyev

Yazını böyüt
Yazını kiçilt

“Davos Forumu dünyanın ən əhəmiyyətli və qlobal iqtisadi, maliyyə, texnoloji platformasıdır. Bu platformanın ötən əsrin 70-ci illərində fəaliyyət göstərdiyini nəzərə alsaq, onun bu müddət ərzində böyük nəticələri ortaya qoyduğunu söyləyə bilərik”.

Bunu hafta.az-a politoloq Aydın Quliyev bildirib. Bu platformanın soyuq müharibənin ən qızğın vaxtında təsis olunduğunu vurğulayan A.Quliyev qeyd edib ki, onun sətiraltı əsas missiyalarından biri də soyuq müharibənin tələbinə uyğun olaraq sovet imperiyasının iqtisadi, texnoloji və maliyyə əsaslarına yönəlik müəyyən həmlələrin tezislərini müəyyənləşdirməkdən ibarət idi.
A.Quliyev bildirib ki, Qərb dünyasının sovet imperiyasına əsasən iqtisadi müstəvidə qalib gəlməsi bir reallıqdır və bu müstəvidə Qərbin qələbəsini təmin edən nümunələrdən biri də Davos forumudur:

“İndiki dövrdə soyuq müharibə mərhələsinin blokları sıradan çıxdığına görə, Davos forumu dünyanın iqtisadi, sənaye inkişafının əsas istiqamətləri baxımından əvəzsiz platformaya çevrilib. Belə bir platformada Azərbaycan Prezidentinin iştirakının platforma rəhbərliyi tərəfindən məqbul sayılması önəmli bir təzahürdür və bizim üçün çox əhəmiyyətlidir. Böyük dünyada əsasən siyasi, strateji qarşıdurmaların getdikcə kəskinləşdiyi bir şəraitdə Davos kimi forumların iqtisadi təsir imkanları və xarizmatikliyi artır. Çünki dövlətlər arasında siyasi strateji ziddiyyətləri həll etməyin üsullarından biri dünyanın nəzər-diqqətini texnoloji, iqtisadi, investisiya, ticarət və rəqəmsal transformasiya proseslərinə daha yaxından cəlb etməkdən ibarət ola bilər. Yəni siyasi qaşıdurmalar ətrafında ticarət, maliyyə, iqlim dəyişikləri ilə bağlı layihələri gücləndirilməsi dünyanın gələcəyi daha müsbət və samballı rol oynaya bilər”.

A.Quliyev belə şəraitdə Davos Forumunun əhəmiyyətinin artdığına diqqət çəkib. Bildirib ki, Azərbaycan Prezidenti belə platformalarda iştirak etməklə platforma çərçivəsində açılmış iqtisadi maliyyə texnoloji perspektivləri Azərbaycana yönəlməsini təmin edir. Eyni zamanda Azərbaycanın yeni mərhələdə qarşısında maliyyə və texnoloji perspektivlərin Azərbaycana yönəlməsini təmin edir, Azərbaycanın yeni mərhələdə qarşısında dayanan texnoloji imperativlərin dünyaya təqdim olunmasında böyük rol oynayır:

“Məsələn, məhz belə platformaların sayəsində dünya Azərbaycanın indiki şəraitdə hansı imperativlərlə yaşadığını duya bilir. Dünya bilir ki, Azərbaycan yaşıl enerji və rəqəmsal transformasiyanın mühüm mərhələsindədir. Dünya görür ki, Azərbaycan enerji təhlükəsizliyi ilə bağlı öz siyasətinin yüksəliş mərhələsindədir. Dünya görür ki, Azərbaycan bütün bir materikin enerji təhlükəsizliyi xəritəsinin dəyişdirilməsi yönümündə addımlar atır. Belə şərtlərdə Azərbaycanın iştirakı həm dünya, həm də Azərbaycan üçün əhəmiyyətli perspektivlər açır. Burda iştirak edən şirkətlər konkret müəyyən bir sahə üzrə ixtisaslaşıb. Bunlar enerji təhlükəsizliyi, alternativ enerji, iqlim dəyişmələri, transformasiyalar, innovasiyalar və sair sahələr üzrə ixtisaslaşmış şirkətlər olduğuna görə əməkdaşlığın qurulması gələcəyə yönəlik baxımdan əhəmiyyətlidir”.

Seçilən
8
50
hafta.az

10Mənbələr