AZ

Danimarkanın baş naziri Amerika prezidentinə adanın satılmayacağını deyib

Danimarkanın baş naziri Mette Frederiksen Trampla Qrenlandiyanın satışı ilə bağlı çox çətin söhbət edib.

FED.az xəbər verir ki, bu barədə Financial Times yazır.

Məlumata görə, Mette Frederiksen, Amerika prezidentinə adanın satılmayacağını deyib.

Tramp ona aqressiya ilə reaksiya verib və Danimarkaya qarşı konkret tədbirlər ilə, məsələn, əlavə tarifləri ilə hədələyib. 

Financial Times qeyd edib ki, Donald Tramp Danimarkanın baş naziri Mette Frederiksen ilə telefon danışığında Qrenlandiyanı almaqda israr edib.

Danimarkanın baş naziri Mette Frederiksen bildirib ki, Tramp Qrenlandiya ərazisinə dair iddialarından əl çəkməyib və Danimarkanı ticarət müharibəsi ilə hədələməkdə davam edir. (Marja)

Seçilən
23
17
fed.az

10Mənbələr