Manset.az Oxu.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlayıb. Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, hazırda Xırdalan şəhəri üzrə TTY-nin telefon xətlərində problem yaranıb:
"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Xırdalan şəhəri üzrə TTY xidmətinə müraciət etdikdə bir sıra hallarda zənglər Bakı şəhəri üzrə yerləşən "103" Çağrı Mərkəzinə daxil olur. Yaranan problem telefon xətləri ilə bağlıdır. Məsələnin həlli ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət olunub".