"Bu yaxınlarda belə bir hadisə oldu, deməli, bir xanımla eyni masada oturmuşdum, orada gülürdüm, danışırdım, xoş idi mənə onunla danışmaq. Ancaq dünən bir hadisə oldu, qayıtdım dedim ki, məni niyə onunla bir masaya otuzdurmuşdular?"
Ölkə.az news24.az-a istinadən xəbər verir ki, bunu rəqqasə Fatimə Fətəliyeva RTV-də yayımlanan "Çərçivədən kənar" verilişində deyib:
"Bu şey içimdə özümə pis təsir etdi ki, adamın bir üzü olar da, ay Fatimə. İnanın, mən bu gün onu ürəyimdə müzakirə etmişəm. Yəni, elə şeylər var ki, onları etmək olmaz. Mən elə bir insanam ki, kimdən xoşum gəlmirsə, həmin şəxsə bunu hiss etdirəcəm".