AZ

Suriya rəhbərliyi Rusiyadan alınan limanla bağlı qərar verdi

Tartus dəniz limanından əldə edilən gəlir artıq birbaşa Suriya büdcəsinə daxil olacaq.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Tartus dəniz limanının dövlətin adından idarə olunması prosesini həyata keçirən məsul şəxs Riyad Cudinin Suriyada fəaliyyət göstərən “Əl-Vətən” qəzetinə verdiyi açıqlamada belə deyib.

“Reuters”-ə məlumat verən üç suriyalı iş adamı da Riyad Cudinin dediklərini təsdiqləyib.

Qeyd edək ki, Suriyanın Latakiya limanından sonra ikinci ən böyük limanı olan Tartus Aralıq dənizinin mühüm ticarət mərkəzlərindən biridir. 

Bəşər Əsədin hakimiyyəti dövründə Tartus limanı 49 il müddətinə Rusiyanın “Stroytransgaz” adlı şirkətinə icarəyə verilmişdi. Yanvarın 23-də Suriyanın yeni administrasiyası həmin müqaviləyə xitam verib.

Suriya mətbuatı xəbər verir ki, bu addım Qərbin tətbiq etdiyi sanksiyaları aradan qaldırmaq üçün atılıb. Rusiyadan uzaqlaşdığını göstərmək istəyən Suriya hökuməti liman müqaviləsini ləğv etməklə Qərbə açıq mesaj verib.

Suriyada yeni administrasiyanın lideri Əhməd Şara Rusiyanı dünyanın ikinci böyük dövləti adlandırıb və əlaqələrin davam edəcəyini bildirmişdi. 

Münasibətlərdə tarazlıq axtaran Suriya hökumətinin Rusiyanın Tartusda və Hmeymimdəki hərbi bazaları ilə bağlı hansı qərarı verəcəyi müəmmalı olaraq qalır.

Seçilən
125
32
cebheinfo.az

10Mənbələr