Türkiyənin Konya vilayətinin Səlcuqlu rayonunda yaşayış binasının uçmasına görə 4 nəfər saxlanılıb.
Bu barədə Konya prokurorluğu məlumat yayıb.
Qeyd edək ki, dağıntılar altında qalan 5 nəfərdən 3-ü sağ xilas edilib, digər 2 nəfərin isə axtarışları davam etdirilir.
Hadisə ilə bağlı ətraflı araşdırmalar aparılır.