AZ

Konyada çökən binanın dağıntıları altından bir nəfərin cəsədi tapıldı

Türkiyənin Konya şəhərində çökən yaşayış binasının dağıntıları altından bir nəfərin cəsədi tapılıb, beş nəfər isə sağ olaraq çıxarılıb.

Teleqraf.com xəbər verir ki,bölgədə axtarış-xilasetmə işləri təxminən 12 saatdır fasiləsiz davam edir.

Axtarışlara AFAD qrupları, yanğınsöndürmə və 112 ilkin təcili-tibbi müdaxilə heyətləri ilə yanaşı, xüsusi təlim keçmiş itlər də cəlb edilib.

Xatırladaq ki, çökmə ilə bağlı ilkin məlumat dünən yerli vaxtla saat 20:05-də daxil olub. Saat 20:15-dən etibarən axtarış-xilasetmə işləri başladılıb.


Müəllif: Teleqraf.com
Seçilən
7
19
teleqraf.com

10Mənbələr