Bakı, TurkicWorld
Türkiyədə Konyada 4 mərtəbəli binanın çökməsi ilə bağlı məsuliyyət səbəbiylə nəzarətə alınan 6 şübhəli ədliyyəyə sövq edilib.
TurkicWorld xəbər verir ki, Konya Respublika Prokurorluğunun əmri ilə hadisədən məsul olduğu iddia edilən 2 şübhəlinin daha tutulması ilə məhbus sayı 6-ya yüksəlib.
Şübhəlilər balıq dükanı sahibi Kazım F., köhnə qəhvəxana sahibi Kamal Ö., dükan sahibləri Hakkı İ. Balıq dükanında təmir işləri aparan Mehmet P., interyer dizayneri Tuncer D. və Volkan D. ədliyyəyə sövq edilib.
Şübhəlilər Kazım F. və Kemal Ö.-nin daha əvvəl də dükanın divarını sındıraraq qapını iki fərqli yerdən açdıqları iddia edilib.
Qeyd edək ki, Yanvarın 24-də Konyanın mərkəzi Səlcuqlu rayonu Səlcuq məhəlləsində Beyşehir küçəsində yerləşən Taşoluk mənzili uçub, dağıntılar altından 3 nəfər sağ-salamat çıxarılıb, 2 nəfərin isə cansız cəsədi tapılıb.
Baş prokurorun müavini və 2 dövlət ittihamçısı tərəfindən istintaqa cəlb edilmiş hadisə ilə bağlı Baş Prokurorluq tərəfindən məhkəmə istintaqı aparılıb, 4 nəfər birinci mərhələdə saxlanılıb.