AZ

“Əvvəllər “asaram-kəsərəm” deyirdim” - Müğənni

Əməkdar artist Elnarə Abdullayeva oğlu Məhəmmədə toy edəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə müğənni "Həmin Zaur" verilişində danışıb.

"Oğlum hazırda əsgərlikdədir. Gələn kimi ona 7 gün 7 gecə toy edəcəyəm. Bizdə dədə-babadan adətdir. Özündən alıb, özünə gedirlər. Mən heç kimi gözaltı etməmişəm. Əvvəllər "asaram-kəsərəm" deyirdim. Amma mən onların heç vaxt hisslərinə qarşı olmaram. Böyük hörmətlə yanaşıram onların hisslərinə. Oğlum kimi istəsə, onu da alacağam. Kürəkənim də uzaq qohumumdur" deyə, Elnarə Abdullayeva bildirib.

Xatırladaq ki, Elnarə Abdullayevanın qızı Xədicə ötən ilin yayında ailə qurub.


Telegram kanalımız
Seçilən
30
1
yenisabah.az

2Mənbələr