2024-cü il gömrük xətti ilə büdcə daxilolmalarında Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən dövlət büdcəsinə 6 milyard 648 milyon 703 min manat vəsaitin köçürülməsi təmin edilib.
"APA-Economics" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini gömrük xidməti general-mayoru Bəhruz Quliyev deyib.
O bildirib ki, bu, illik proqnoza nisbətdə 213 milyon 700 min manat və ya 3,3% çoxdur.