AZ

Dünya neft bazarında yeni qiymət mübarizəsi başlanır, Azərbaycan da prosesin mühüm iştirakçısıdır

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın Davosda keçirilən Dünya İqtisadiForumunda videobağlantı vasitəsilə çıxışı zamanı neft qiymətləriilə bağlı səsləndirdiyi fikirlər beynəlxalq iqtisadi gündəmininəsas mövzularından birinə çevrilib. Belə görünür ki, neftin mövcudqiymətinin aşağı salınması istiqamətində ABŞ-ın indiki hakimiyyətigenişmiqyaslı fəaliyyət göstərmək niyyətindədir. Donald Tramp hesabedir ki, bu hal Rusiya ilə Ukrayna arasında hərbi münaqişənin sülhyolu ilə həlli üçün mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə,Rusiyaya Ukrayna ilə münaqişəni davam etdirməyə imkan verənamillərdən biri də neft qiymətlərinin çox yüksək olmasındanqaynaqlanır. Bununla yanaşı, Tramp əsas neft istehsalçılarını,xüsusilə də Səudiyyə Ərəbistanı və digər OPEC ölkələrini döyüşlərəson qoymaq üçün hasilatı artırmağa və qiymətləri aşağı salmağaçağırıb: “Mən Səudiyyə Ərəbistanından və OPEC-dən neftin qiymətiniaşağı salmağı xahiş edəcəyəm. O, aşağı salınmalıdır! Qiymət aşağıdüşərsə, Rusiya ilə Ukrayna arasında müharibə dərhal başa çatacaq”.Artıq Rusiyada ABŞ Prezidentinin dediklərinə ən yüksək səviyyədəmünasibət bildirilib. Rusiya Prezidenti Vladimir Putin ölkəsininABŞ-ın yeni administrasiyası ilə bir çox, o cümlədən stratejisabitlik və iqtisadiyyat, eləcə də enerji məsələləri üzrə təmasnöqtələri ola biləcəyini bəyan edib. Vladimir Putin onu davurğulayıb ki, Rusiya və ABŞ ən böyük neft istehsalçıları olmaqlayanaşı, həm də enerji resurslarının ən böyük istehlakçılarıdır: “Buisə o deməkdir ki, həm bizim, həm də Amerika iqtisadiyyatı üçün çoxyüksək qiymətlər pisdir, çünki enerji resurslarından istifadəedərək ölkə daxilində başqa mallar da istehsal etməliyik. Digəryandan, çox aşağı qiymətlər də çox pisdir, çünki bu, enerjişirkətlərinin investisiya imkanlarına xələl gətirir. Bu istiqamətdədanışacağımız çox şey var… Enerji sektorunda qarşılıqlı maraqdoğura biləcək başqa məsələlər də var”. Beləliklə, qarşıdakı dövrdəABŞ-ın neft qiymətləri ilə bağlı hansı siyasət yürüdəcəyi, digərhasilatçıların, o cümlədən OPEC+ çərçivəsində bir araya gəlmişölkələrin buna hansı reaksiya verəcəyi böyük maraq doğurur. Məsələburasındadır ki, ABŞ və digər hasilatçıların qiymətlərə təsir etməküçün imkanları yüksəkdir. Ən azından ölkələrin malik olduqları neftehtiyatları, bazara çıxarılan həcmlərin tənzimlənməsinin mümkünlüyübuna müvafiq zəmin yaradır. Qeyd edilməlidir ki, bu gün dünyanın ənböyük neft ehtiyatları Venesueladadır, sözügedən ölkədə təxminən300 milyard barel “qara qızıl”ın olduğu ehtimal edilir. Bu da bütünqlobal ehtiyatların demək olar ki, 19 faizinə bərabərdir. Sonrakıyerlərdə 267 milyard barellə Səudiyyə Ərəbistanı, 209 milyardbarellə İran, 170 milyard barellə Kanada, 145 milyard barellə İraq,102 milyard barellə Küveyt, 98 milyard barellə BƏƏ, 80 milyardbarellə Rusiya gəlir. Birləşmiş Ştatlar dünya neft ehtiyatlarınıncəmi 2,5 faizinə malikdir, halbuki ölkə qlobal neft hasilatı vəistehlakına görə liderdir. Rusiya və Səudiyyə Ərəbistanı qlobalenerji bazarında hasilat baxımından ABŞ-ın əsas rəqibləridir. Eynizamanda, böyük ehtiyatların olması istehsal sektorunda liderlikdənxəbər vermir. Məsələn, Venesuelada neft ehtiyatları əsasənhasilatın mümkün olmadığı dərinliklərdə yerləşir. Hazırda nefthasilatının həcmi baxımından dünyada ilk üçlükdə SəudiyyəƏrəbistanı, Rusiya və ABŞ gəlir. Onların üçlükdəki mövqeləriildən-ilə dəyişə bilər. Məlumatlara görə, ABŞ-da hasilat sutkada 13milyon bareldən çoxdur, Rusiya və Səudiyyə Ərəbistanı isə təxminəneyni səviyyədədir, gündəlik 10,5 milyon barel təşkil edir. Hasiledilmiş neft ən böyük həcmdə ABŞ-da saxlanılır. Belə ki, BirləşmişŞtatlar Texas və Luiziana ştatlarının körfəz sahili boyunca təbiiolaraq meydana gələn dörd yeraltı mağarada strateji neft ehtiyatısaxlayır. Burada saxlanılan ehtiyatlar təxminən 400 milyonbareldir. İndi Amerika prezidenti ABŞ-da neft hasilatını artırmağıvə bütün dünya bazarını ucuz neftlə doldurmağı planlaşdırır. Ammabu heç də asan proses deyil, ABŞ-da böyük enerji şirkətləri, ocümlədən şist neft hasilatçıları belə yanaşmaya qarşıdırlar.Düzdür, ABŞ-da neftin aşağı qiymətləri ölkə sənayesinə rəqabətüstünlüyü verir və bir çox sənaye təmsilçiləri qiymətləri azaltmaqüçün Tramp hasilatı artırmağa çağırırlar. Amma bunun üçün Trampfederal torpaqlarda, o cümlədən Alyaska və Texasda, eləcə də Sakitvə Atlantik okeanlarının şelfində hasilata, neft kəmərlərinintikintisinə icazə verməlidir. ABŞ Konqresində, eləcə də Amerikacəmiyyətində buna qarşı olanların sayı heç də az deyil. Digərtərəfdən ABŞ-da neft şirkətləri üçün mənfəət ön planda yer alır,onlar sözügedən sahəyə investisiyaları artırmazdan əvvəl layihələriuzunmüddətli perspektiv üçün qiymətləndirirlər. Aşağı enerjiqiymətləri şirkətləri cəlb etmir. Kanzas-Siti Federal Ehtiyat Bankıtərəfindən neft sənayesinin nümayəndələri arasında aparılan sorğugöstərir ki, ABŞ-da hazırda istismar olunan neft yataqlarındahasilatın davam etdirilməsi üçün minimal qiymət 65 dollarolmalıdır. Neftin qiyməti 89 dollara çatacağı halda isə ABŞ-dahasilatı artırmaq sərfəli hala gələcək. Beləliklə, ABŞ-da nefthasilatını artırmaq heç də asan məsələ deyil. Daha bir mühüm məsələodur ki, OPEC+ ölkələri hasilatı azaldacağı halda neft qiymətləriniABŞ lideri istədiyi həddə endirə bilməyəcək. Hazırda neftlə bağlıbaş verənlər hasilatçı ölkə kimi Azərbaycan tərəfindən də diqqətləizlənilir. Ölkəmizin bu məsələdə əsas üstünlüklərindən biri ondanibarətdir ki, iqtisadiyyatın enerji, o cümlədən neft faktorundanasılılığı ildən-ilə azalır. Əvəzində qeyri-neft/qaz sektorununxüsusi çəkisi davamlı şəkildə artır. Bu, həm istehsalda, həm dəixracda özünü göstərir. Düzdür, ixracda hələ də əsas pay neft vəqaza məxsusdur. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən,2024-cü ildə ölkənin ixracı 26 milyard 554 milyon 56 min, idxalı 21milyard 58 milyon 44 min ABŞ dolları olub. Müsbət saldo 5 milyard496 milyon 12 min ABŞ dolları təşkil edib. Ötən il neft-qazsektorunda ixrac 23 milyard 197 milyon 549 min ABŞ dolları təşkiledib. Ancaq ölkədə qeyri-neft sektorunda davamlı artımlar qeydəalınır. Elə ötən il Azərbaycanın qeyri-neft/qaz ixracı 2023-cü illəmüqayisədə 0.3 faiz artaraq 3.4 milyard ABŞ dolları təşkil edib.Yeyinti məhsullarının ixracı 11.3 faiz artaraq 1.03 milyard ABŞdollarına bərabər olub. 2024-cü ildə Azərbaycanda 64.1 milyardmanatlıq və yaxud 2023-cü illə müqayisədə 1.1 faiz çox sənayeməhsulu istehsal edilib. Qeyri-neft/qaz sektorunun inkişafıistiqamətində görülən işlər dünya enerji bazarlarında başverənlərin ölkəmizə getdikcə daha az təsir etməsini şərtləndirir.Bununla yanaşı, Azərbaycan OPEC+ ölkələri sırasında yer alaraq,neft qiymətlərinin tənzimlənməsinə də təsir göstərmək imkanlarınamalikdir. OPEC+ isə qiymətlərin münasib həddə qalması üçün mühümtəsir vasitələri formalaşdıra bilib. Bu da o deməkdir ki,Azərbaycan da daxil olmaqla digər hasilatçı ölkələri yaxınperspektivdə qiymət sarıdan hansısa sürpriz gözləmir.

MTM Analitik Qrup

Seçilən
17
10
az.trend.az

6Mənbələr