AZ

Məşhur aktyorlar da ifadə verəcəklər

"İD Consultancy" şirkətinin sahibi Ayşe Barım barəsində başlanılan istintaq çərçivəsində daha bir neçə aktyor ifadə verməyə çağırılıb.

Milli.az türk mediasına istinadla xəbər verir ki, aktyorlar Mehmet Günsür və Rıza Kocaoğlu istintaqa ifadə vermək üçün dəvət edilənlər arasındadır. Şirkətlə müqaviləsi olan bütün aktyorların dindirilməsi gözlənilir.

Qeyd edək ki, jurnalist Fuat Uğurun "TV100"də yayımlanan məqaləsi kino və serial sektorunda böyük qalmaqala səbəb olub. Məqalədə "ID İletişim" şirkətinin bazarda inhisar yaratmaq cəhdlərindən və Serenay Sarıkaya ilə Mert Dəmir arasındakı "5 milyon dollar qarşılığında reklam əlaqəsi" iddialarından bəhs edilib.

Bu səbəbdən Rəqabət Şurası bəzi idarəetmə şirkətləri, xüsusilə də Ayşe Barımın sahibi olduğu "ID İletişim" barəsində araşdırma başladıb.

Şirkət rəhbəri Ayşe Barım isə artıq saxlanılıb.

Fidan
Milli.Az

Seçilən
9
3
milli.az

8Mənbələr