AZ

Mahir Süleymanlı vətəndaşları qəbul etdi - FOTO

Milli Məclisin deputatı Mahir Süleymanlı tərəfindən 25 yanvar tarixində Şabran rayonunun Gəndov kəndində növbəti vətəndaş qəbulu keçirilib.

Modern.az xəbər verir ki, görüşdə vətəndaşlar sosial məsələlər, məşğulluq, yolların təmiri, su və qaz təchizatı və digər vacib məsələlərlə bağlı müraciətlər ediblər. 

Millət vəkili qaldırılan məsələləri diqqətlə dinləyərək, onların operativ həlli üçün konkret addımlar atıb. 

Yerində həlli mümkün olan müraciətlər dərhal təmin edilib, aidiyyəti qurumların səlahiyyətinə aid olan məsələlər isə müvafiq istiqamətdə yönləndirilməsi üçün qeydə alınıb. 

Vətəndaşlar qəbulla bağlı razılıqlarını ifadə edərək, belə görüşlərin onların qarşılaşdıqları çətinliklərin həllində mühüm rol oynadığını vurğulayıblar.

1412558

1412559

1412560

1412561

Seçilən
4
5
modern.az

10Mənbələr