Rusiyanın Xabarovsk diyarında “An-24” tipli təyyarə havaya qalxarkən uçuş-enmə zolağından çıxıb.
“Qafqazinfo” xəbər verir ki, təyyarə zolaqdan çıxaraq ətrafda yerləşən kolluq əraziyə doğru yönəlib.
Hava gəmisinin göyərtəsində 20 sərnişin və 4 ekipaj üzvü olub. İnsident zamanı xəsarət alan olmayıb.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.