“Biz “erməni soyqırımı”nın tarixinə qayıtmalıyıq. Nəyin nə üçün baş verdiyini başa düşməliyik”.
Turkustan.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İsveçrədə erməni diasporunun üzvləri ilə görüş zamanı deyib.
O, “erməni soyqırımı” iddiasının tarixinin və necə ortaya atılmasının araşdırılmalı olduğunu bildirib:
“Biz bu məsələni necə və kimin köməyi ilə qəbul etdiyimizi bilməliyik. Necə olur ki, 1915-ci ildə baş verdiyi deyilən və 1939-cu ildə haqqında ümumiyyətlə heç yerdə bəhs edilməyən hadisə, 1950-ci ildə anidən gündəmə gəlir, müzakirə olunur? Aydınlaşdırılmalıdır”.
Qeyd edək ki, Nikol Paşinyan daha əvvəl Türkiyənin NATO koalisiyasına qoşulduğu ərəfədə “erməni soyqırımı” iddiasının sovet zamanında qəsdən ortaya atıldığını və şişirdildiyini bildirib./globalinfo.az/