Ajans.az xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Bildirilib ki, TKA-nın birgə təsiri qasırğanın G2 (orta) səviyyəsinədək yüksəlməsinə səbəb olmaq ehtimalı var. Onların sürəti 600 km/san təşkil edir ki, bu o qədər də yüksək deyil.
Hazırda Günəş 11 illik aktiv dövrünün maksimumundadır. Statistikaya əsasən, bir aktiv dövr üçün G1 səviyyəli geomaqnit qasırğaları 900 gün, G2 səviyyəli geomaqnit qasırğaları isə 360 günü əhatə edir.
Qeyd edilib ki, hazırda kosmik hava sakitdir.