“Real”ın baş məşqçisi Karlo Ançelotti Madrid klubunun hücumçusu Vinisius Juniorun karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirə biləcəyi ilə bağlı yayılan xəbərlərə cavab verib.
Publika.az xəbər verir ki, Ançelottinin sözlərinə görə, braziliyalı futbolçu “Real”da xoşbəxtdir.
“Məndə futbolçunun özündən məlumat var ki, o, burada çox xoşbəxtdir. O, ilk növbədə “Real”da tarix yazmaq istəyir. O və burada olan hamımız razılaşırıq ki, biz burada xoşbəxtik.