AZ

Alonso onu istəyən "Real"a Ançelotti ilə bağlı inanılmaz şərt irəli sürdü

“Real Madrid”də Karlo Ançelottinin karyerası və Xabi Alonsonun mümkün gəlişi ilə bağlı yeni iddia ortaya atılıb. Metbuat.az xəbər verir ki, Alonso “Real”a şərt irəli sürüb. İspaniya mətbuatında yer alan xəbərlərə görə, Alonso bildirib ki, o, Madrid klubunun baş məşqçisi vəzifəsini yalnız Ançelotti öz istəyi ilə postunu tərk edəcəyi təqdirdə qəbul edə bilər. “Sport” nəşri qeyd edib ki, Alonsonun “Real”da işləmək üçün ən böyük şərti Ançelottinin qovulmamasıdır. Alonso “Real” rəhbərliyinin onu kluba gətirmək üçün Ançelottinin qovulmasını istəmir. Bildirilir ki, bu tələb Madrid administrasiyası üçün mürəkkəb vəziyyət yaradır. Çünki Ançelotti La Liqa və Çempionlar Liqası yarışında uğurlar əldə edir. Digər tərəfdən, Alonsonun “Bayer Leverkuzen”lə müqaviləsi 2026-cı ildə yekunlaşır.

Qeyd edək ki, Xabi Alonso ötən mövsüm “Liverpul” və “Bavariya”dan gələn təklifləri rədd edərək klubunda qalıb. Bundan əvvəl, Ançelotti mövsümün sonunda “Real”dan ayrılacağı ilə bağlı iddiaları rədd edib. Ançelotti klubda qalmaq istədiyini ifadə edib. İddiaları təkzib edən Ançelotti, “Mən və klub mümkün olduqca birlikdə davam etmək istəyirik” deyə bildirib. Ançelotti “Real” rəhbərliyinin ona etimad göstərdiyini ifadə edib.

Seçilən
1
14
metbuat.az

10Mənbələr