AZ

NATO son 3 ildə Ukraynaya 190 milyard yardım edib



NATO ölkələri son üç ildə Ukraynaya yardım üçün 191,2 milyard dollar xərcləyib. Bu məbləğin yarıdan çoxu ABŞ tərəfindən ayrılıb.

Bakupost.az xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi və Kel Universitetinin məlumatlarına istinadən RİA Novosti bildirib.

Bildirilib ki, alyansa daxil olan 32 ölkə 2022-ci ilin fevral ayından 2025-ci ilin yanvar ayının ortalarına qədər Kiyevə ümumilikdə 191,2 milyard dollar dəstək verib. Büdcənin sosial xərclərinə istifadə edilən maliyyə yardımı 43,3 milyard dollar, humanitar yardım isə təxminən 13,4 milyard dollara yaxın olub. Eyni zamanda, 133,4 milyard dollar dəyərində silah-sursat verilib.

Ümumi yardımın təxminən 54 faizi ABŞ tərəfindən təmin edilib. Xüsusilə, ABŞ Kiyevə silah (68,9 milyard dollar) və humanitar yardımın (3,7 milyard dollar) əsas tədarükçüsü olub. Almaniya öz növbəsində Ukraynaya 17 milyard dollar ayırıb ki, bu da alyans ölkələri tərəfindən verilmiş ümumi yardımın 8,9 faizini təşkil edir. Böyük Britaniyanın payına isə 14,8 milyard dollar və ya 7,7 faiz düşüb. Digər ölkələrin hər birinin maliyyələşdirməsi isə ümumi yardımın 5 faizindən azını təşkil edib.

Lalə, BakuPost

Seçilən
18
50
bakupost.az

10Mənbələr