Yaponiya hakimiyyətinin Rusiyaya qarşı siyasəti açıq şəkildə qeyri-dost tərzində davam edir.
Publika.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Kreml nümayəndəsi Yaponiyanın baş naziri Şiqeru İşibanın Tokionun “ərazi problemini” həll etmək və iki ölkə arasındakı münasibətlərdə mövcud çətinliklərə baxmayaraq, Rusiya Federasiyası ilə sülh müqaviləsi bağlamaq niyyəti ilə bağlı bəyanatlarını şərh edib.
“Yaponiya ölkəmizə qarşı açıq-aşkar qeyri-dost mövqe tutur", - deyə Peskov vurğulaıb.