ABŞ-ın Türkiyə vətəndaşları üçün viza kvotasını azaltma qərarı yeni viza müraciəti proseslərində ciddi problemlər yaradır.
"Cebheinfo.az" xəbər verir ki, bu gün ABŞ-a getmək üçün müraciət edən Türkiyə vətəndaşları ən tez 2027-ci ildə viza ala biləcək.
Türkiyə ilə diplomatik problemləri əsas gətirən Amerika Birləşmiş Ştatları (ABŞ) 7 oktyabr 2017-ci il tarixində Türkiyə vətəndaşlarının yeni viza müraciətlərini qeyri-müəyyən müddətə dayandırıb və davam edən prosesdə yenidən aktivləşdirilən viza müraciətləri üçün daha aşağı kvotalar ayrılıb.
Keçmişdə Türkiyə vətəndaşlarına uzunmüddətli turist vizası təklif edən ABŞ, ilk mərhələdə viza müddətlərini qısaldarkən yeni müraciət prosesini çətinləşdirməyə davam edir.
Yüksək tələbata baxmayaraq, ABŞ viza prosedurunda heç bir dəyişiklik etməyib.
Ümumiyyətlə turizm, qohumları ziyarət etmək və ya akademik konfranslarda iştirak etmək üçün nəzərdə tutulan “B1” və “B2” vizalarının təyin olunma tarixini ən tez 2027-ci ilədək təxirə salıb.
ABŞ Konsulluğunun internet saytına daxil olan vətəndaşlar ən erkən görüşlərin 2026-cı ilin dekabr ayı üçün verildiyini görüblər.
Pasport göndərmə prosesləri və işlənmə müddətlərini nəzərə alsaq, bu gün ABŞ-a getmək istəyən Türkiyə vətəndaşı, hazırda vizası olmasa, ən tez 2027-ci ildə ABŞ-a ayaq basa biləcək.
Sözügedən vəziyyət federasiya ilə heç bir əlaqəsi olmayan bir çox ayrı-ayrı idmançıların, akademiklərin və jurnalistlərin əziyyət çəkməsinə səbəb olsa da, ABŞ-dan kvotaların artırılması tələbinə heç bir cavab verilməyib.