AZ

Gürcüstan XİN başçısı Ermənistana səfər edəcək

Gürcüstan xarici işlər naziri (XİN) Maka Boçorişvili Tbilisidəki Ermənistan səfiri Aşot Smbatyan ilə görüş keçirib.

 

Sfera.az xəbər verir ki, bu barədə Gürcüstan XİN-in mətbuat xidməti məlumat yayıb.

 

Məlumatda qeyd edilib ki, tərəflər görüşdə Tbilisi və İrəvan arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər. Vurğulanıb ki, yanvarın sonunda Gürcüstan XİN başçısı Ermənistana səfər edəcək.

 

XİN-dən bildirilib ki, gələn həftə, həmçinin Gürcüstan-Ermənistan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək.

Seçilən
64
4
sfera.az

4Mənbələr