AZ

“Azercell”dən xəbərdarlıq: Ehtiyatlı olun!

“Azercell” şirkəti abonentlərinə onların adından yayılan şübhəli zənglər və saxta kampaniyalarla bağlı xəbərdarlıq edib.

Bu barədə Axar.az-a şirkətdən məlumat verilib.

Vurğulanıb ki, bu cür hallarda təqdim edilən linklərə klik etməmək və şəxsi məlumatları paylaşmamaq vacibdir.

Məlumatda qeyd olunur ki, əks halda, telefonda olan məlumatlar dələduzların əlinə keçə bilər. İstənilən yenilik və məlumat üçün yalnız rəsmi mənbələrdə yayımlanan informasiyalara etibar etmək tövsiyə olunur.

Abonentlərin diqqətli olması və öz şəxsi məlumatlarını qoruması vacibdir.

Seçilən
5
2
axar.az

10Mənbələr