AZ

8 yaşlı "bəy"lə 13 yaşlı "gəlin"in TOYU: ölkə ayağa qalxdı - FOTOlar

Rusiyanın Həştərxan vilayətində 8 yaşlı oğlan və 13 yaşlı qızın "toy" görüntüləri sosial şəbəkələrdə böyük əks-səda doğurub.

Milli.Az xəbər verir ki, videoda gəlinlik və bəy kostyumu geyinmiş uşaqların könülsüz rəqs etdiyi görünür.

Aralarındakı boy fərqinə görə rəqs etməkdə çətinlik çəkən uşaqlar qonaqlar tərəfindən alqışlanıb, ətrafda rəngarəng işıqlar və atəşfəşanlıq diqqəti cəlb edib.

Yerli KİV-lər qeyri-qanuni toyu qaraçı icmasından olan iki ailə arasında, qızın anası tərəfindən təşkil edildiyini yazıb.

Rusiya Dövlət Dumasının Ailə Müdafiə Komitəsinin rəhbəri Nina Ostanina hadisəyə sərt reaksiya verib.

"Rusiya vətəndaşı olan hər kəs ölkə qanunlarına riayət etməlidir, qaraçı olmayan ailələri uşaq istismarına görə cəzalandırırıqsa bu ailələri gözardı edə bilmərik".

Qeyd edək ki, Rusiyada evlənmək üçün minimum yaş həddi 18-dir. Yalnız xüsusi hallarda 16 yaşlı yeniyetmələrin yerli hakimiyyət orqanlarının razılığı ilə evlənməsinə icazə verilir. Səlahiyyətlilər hadisə ilə bağlı araşdırmalara başlayıb. /baku.ws

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
7
50
milli.az

10Mənbələr