Zaqatalada ehtiyatsızlıqdan ölən şəxsin meyiti dağlıq ərazidən endirilib.
"Cebheinfo.az" "Report"a istinadən xəbər verir, rayonun Axaxdərə kənd sakini, 1993-cü il təvəllüdlü Hüseyn Məmmədovun dağlıq ərazidə qalan meyiti götürülərək aidiyyəti üzrə təhvil verilib.
12:18
Ov tüfəngindən açılan atəş nəticəsində həyatını itirən Zaqatala rayon Axaxdərə kənd sakini 1993-cü il təvəllüdlü Hüseyn Məmmədovun fotoşəkili yayılıb.
Xatırladaq ki, H.Məmmədovun meyiti Car kənd inzibati ərazisinə daxil olan Əlibəy zirvəsində aşkarlanıb.
"Cebheinfo.az" həmin fotonu təqdim edir:
08:43
Zaqatala rayon sakini ov tüfəngindən açılan atəş nəticəsində ölüb.
Rayonun Axaxdərə kənd sakini, 1993-cü il təvəllüdlü Hüseyn Məmmədov dağlıq ərazidə yıxılıb və ehtiyatsızlıqdan üzərində daşıdığı ov tüfəngindən açılan atəş nəticəsində aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.
25 yanvar, 00:12
Zaqatalada 32 yaşlı qazinin dağda meyiti tapılıb.
"Cebheinfo.az" Lent.az-a istinadən xəbər verir ki, hadisə dünən qeydə alınıb.
Zaqatala rayonunun Axaxdərə kənd sakini, 32 yaşlı Hüseyn Nəcməddin oğlu Məmmədovun meyiti dünən axşam saatlarında Böyük Qafqaz sıra dağlarının cənub ətəyinin Zaqatala rayonunun Car kənd inzibati ərazisinə daxil olan Əlibəy zirvəsində aşkarlanıb.
İlkin ehtimala görə, onu ayı parçalayıb.
Qeyd edək ki, H.Məmmədov 44 günlük Vətən müharibəsi iştirakçısı olub və qazidir.
"Cebheinfo.az"