Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə TəhlükəsizliyəNəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin BirləşmişMüdriyyəti tərəfindən Zaqatala rayonunda yeni fərdi yaşayışevlərinin tikintisinə başlanılır.
Trend-in əldəetdiyi məlumata görə, həmçinin rayon ərzisində bina və fərdiyaşayış evlərinin bərpası işləri də həyata keçiriləcək.
Belə ki, artıq bununla bağlı nazirlikdə rayon ərazisində 34 ədədfərdi yaşayış evlərinin tikintisi, 9 ədəd çoxmənzilli binanınbərpası və 1 ədəd fərdi yaşayış evinin bərpası işləri startgötürüb.
Nazirlik sözügedən işlərin icrasını "FİM Group" MəhdudMəsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqaviləbağlayıb.
Müqaviləyə əsasən, MMC-yə 3,9 milyon manat ödənilib.
Qeyd edək ki, rayonda bəhs olunan işlərin icrasının həvaləolunduğu "FİM Group" MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb.Nizamnamə kapitalı 20 manat olan şirkətin qanuni təmsilçisiƏhmədzadə Fuad Əlisoltan oğludur.