AZ

Ağdamda dağıdılmış fərdi yaşayış evləri ilə bağlı yeni işlərə başlanılır – Yarım milyonluq LAYİHƏ

Bakı. Trend:

Azərbaycanın Ermənistan silahlı qüvvələrindən azad olunmuşərazilərində bərpa və quruculuq işləri sürətlə icraolunmaqdadır.

Trend-in əldəetdiyi məlumata görə, bu işlər çərçivəsində Ağdam rayonundadağıdılmış, qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evləri ilə bağlıyeni layihəyə start verilib.

Belə ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasıərazisinə təcavüzü nəticəsində Ağdam rayonunda dağıdılmış, qəzalıvəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayışevləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpasıişləri həyata keçiriləcək.

Artıq bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura KomitəsininƏrazi Tikinti-Planlaşdırma Mərkəzi müvafiq işləriyekunlaşdırıb.

Qurum sözügedən işlərin icrasını “Rabitəinşaat” Açıq SəhmdarCəmiyyətinə (ASC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, ASC-yə 427 min manat ödəniş edilib.

Qeyd edək ki, ərazidə işləri icra edəcək “Rabitəinşaat” ASC2008-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 4 minmanat olan ASC-nin qanuni təmsilçisi isə İskəndərov Yelmar Əmirxanoğludur.

Seçilən
7
35
az.trend.az

10Mənbələr