AZ

Azərbaycan-Rusiya münasibətləri: Moskva tarixin şahidlik etdiyi əməllərini unudur? - ŞƏRH

Bakı. Trend:

Rusiyanın Cənubi Qafqaza girməsi Gürcüstandan başlayıb. Onlarəvvəlcə 1783-cü ildə Kartli-Kaxeti xanlığını işğal ediblər.Tbilisidə oturan Sisianov 1804-cü ildə Gəncəyə hücum edib, oradaböyük qırğınlar törədilib. 1805-ci il mayın 14-də İbrahimxəlilxanla Sisianov arasında Qarabağ xanlığının Rusiya təbəəliyinəkeçməsi haqqında imzalanan müqavilədə diqqətçəkən məqamlardan biridə, İbrahimxəlil xanın Şuşa və Qarabağ xanı kimi göstərilməsidir.Orada heç bir erməni ifadəsindən söhbət gedə bilməz.

Bu fikirləri Trend-ə açıqlamasında politoloq ElşadHəsənov deyib.

O bildirib ki, ruslar erməniləri İran, Türkiyə və başqaərazilərdən ən səfalı yerlərə gətirib Şuşada, Xankəndidəyerləşdirməklə azərbaycanlıların sayını azaldıblar:

“Daha sonra Azərbaycanda ilk demokratik respublika quruldu vəömrü cəmi 23 ay oldu, Sovet rusiyası tərəfindən işğal edildi. Çoxacınacaqlıdır ki, Rusiya Azərbaycanın savadlı, ziyalı, xaricdətəhsil alan övladlarının hamısını repressiyaların qurbanı etdi.Rusların bizə göstərdiyi “xidmət”lər bunlardır.

1988-ci ildən başlayaraq SSRİ-nin simasında Ermənistanıntərəfini tutmağa çalışdılar. Erməni lobbilərinin dəstəyi ilə onlaraböyük yardımlar edildi. Ermənilər Qorbaçovun həyat yoldaşını zinətəşyaları ilə ələ aldılar və Qorbaçovu ermənilərə xidmətə məcburetdilər. Bununla da SSRİ-nin dağılması prosesi başladı. Hadisələrbaşlayanda SSRİ rəhbərliyi ermənilərə tərəf idi. 1990-cı ilyanvarın 20-də də əliyalın əhalinin üzərinə qoşun yeridildi, qırğıntörədildi, silahsız adamlar gülləbaran edildi. Xocalı soyqırımı daməhz Rusiyanın 366-cı motoatıcı alayının birbaşa iştirakı ilətörədildi. Bu, rusların bizə etdiyi zülmlərin sonuncusu deyil.Əhali bu hadisələri heç cür yaddaşından silə bilməz”.

Politoloq SSRİ dağıldıqdan sonra Azərbaycanda həyata keçirilənordu quruculuğundan da söz açıb:

“Azərbaycanın inkişafını, onun sürətlə dünya siyasətinə,iqtisadiyyatına inteqrasiya etməsini həzm edə bilməyən Rusiya daimAzərbaycana qarşı müəyyən müddəalar irəli sürür. Rusiya bu məqsədləhər zaman “Qarabağ kartı”ndan istifadə edib. Prezident İlham Əliyevuzun illər ATƏT-in Minsk Qrupu - orada Rusiya da var idi - digərölkələrlə apardığı danışıqların bir nəticə vermədiyini görüb ordunuyüksək səviyyədə silahlandırdı, NATO təlimləri keçirildi və 44 günərzində torpaqları işğaldan azad etdik. Şuşanı azad edib Xankəndiyəgirəndə Rusiyanın ciddi müdaxiləsinə rast gəldik. Rusiyaqoşunlarını Dağıstanda yerləşdirmişdi və bizə ultimatumlargöndərirdi ki, əgər müharibəni dayandırmasanız, hücum edəcəyik.Rusiya tərəfindən Ermənistanda yerləşdirilən “İsgəndər” raketi iləBakını vurmaq istədilər”.

Elşad Həsənov Rusiya sülhməramlılarının 4 il ərzindəAzərbaycandakı fəaliyyətinə də toxunub:

“44 günlük müharibədən sonra Rusiya qoşunları sülhməramlı adıaltında Qarabağda yerləşdirildi. Onlar guya Azərbaycanla Ermənistanarasında sülh yaradacaqdı. Lakin Azərbaycan tərəfi onların olduğudövrdə dəfələrlə faktlarla sübut etdi ki, Rusiya sülhməramlılarıerməni separatçılarına silah-sursat daşıyır. Nəhayət, 2023-cü ildəPrezident İlham Əliyev dərin siyasi iradə sərgiləyərək Qarabağproblemini tam həll etdi. Sülhməramlılar da sülh yolu iləAzərbaycandan çıxarıldı”.

Politoloq vurğulayıb ki, bu gün Rusiya mətbuatında Azərbaycanaqarşı qərəzli yazılar dərc edilir, açıq-aşkar təhdidlərsəsləndirilir.

“Bu da AZAL-a məxsus təyyarənin Rusiya ərazisində vurulması vəbu hadisənin Moskva tərəfindən ört-basdır edilməsi cəhdləri,Prezident İlham Əliyevin buna sərt yanaşması ilə bağlıdır.Azərbaycanın tələbləri budur ki, təyyarəni vuranlarcəzalandırılsınlar, Rusiya Azərbaycandan üzr istəsin və təzminatödənsin. “Qara qutu”lar gəlib, hər şey ortadadır. TəyyarəninRusiyanın HHM qüvvələri tərəfindən vurulması təkzibolumaz faktlarlagöstərilib. Ancaq Rusiya rəsmiləri bunu etiraf edib üzr istəməyiyubadırlar və təzminat haqqında da bir söz demirlər, günahı pilotunüstünə atmaq istəyirlər.

44 günlük müharibə dövründə Naxçıvanda təsadüfən Rusiyavertolyotu vurulmuşdu. Həmin vaxt Azərbaycan tərəfi beynəlxalqhüquq normalarına uyğun olaraq üzr istədi və təzminat ödədi. Rusiyaisə hələ də bunları etmir. Bunun qarşılığında Azərbaycana qarşımətbuatda qarayaxma kampaniyası aparır. Bu cür münasibətqəbuledilməzdir”, - deyə politoloq qeyd edib.

Seçilən
16
9
az.trend.az

9Mənbələr