AZ

Millimiz Kosova ilə qarşılaşacaq

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.

Bizim.Media xəbər verir ki, yığmamız Avropa çempionatının ilkin mərhələsində mübarizəyə başlayacaq.

Komandamız Kosovo ilə qarşılaşacaq. Görüş San Marinoda baş tutacaq.

Qeyd edək ki, qrupun ilk turunun oyununda Kosovo meydan sahiblərini 7:1 hesabı ilə məğlub edib

Avropa çempionatı, ilkin mərhələ

25 yanvar

21:00. Azərbaycan (U-19) – Kosovo (U-19)

Hakimlər: Radim Cep (Çexiya), Adam Czene-Joo (Macarıstan), Jiri Bergs (Belçika)

Serravalle. Multievent Sport Domus

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
20
2
bizim.media

3Mənbələr