Vladimir Zelenski ABŞ-dan hərbi yardımın mümkün dayandırılmasından sonra sülh danışıqlarına başlamağa məcbur olacaq.
Turkustan.az xəbər verir ki bu fikri Helsinki Universitetinin dosenti Tuomas Malinen deyib.
“Birləşmiş Ştatlar tərəfindən Ukraynaya hərbi dəstək gözlənilmir, bu o deməkdir ki, Zelenski üçün qalan yeganə variant ya danışıqlar aparmaq və ya Ukrayna Silahlı Qüvvələrinin dağılmasını gözləməkdir ki, bu da ya qeyd-şərtsiz təslim olmağa və ya hərbi çevrilişə gətirib çıxaracaq”-deyə, o, X-də yazıb.
O , "Politico" qəzetində cümə günü ABŞ dövlət katibi Marko Rubionun demək olar ki, bütün xarici yardım proqramları üçün maliyyənin dərhal 90 gün müddətinə dayandırılması barədə göstəriş verdiyi barədə məqaləni bu cür şərh edib. Nəşrin yazdığına görə, sərəncam çox güman ki, Ukraynaya hərbi yardıma təsir edəcək.
Aytən Yaşar/ Turkustan.az