Amerikalı diplomatlar Ukrayna ilə bağlı proqramların ABŞ dövlət katibi Marko Rubio tərəfindən verilən 90 günlük xarici yardım dondurulması və “işi dayandırmaq” əmrlərindən azad edilməsini xahiş ediblər.
“Report” xəbər verir ki, bu barədə
Milli təhlükəsizlik problemlərinə istinad edərək, ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya İşləri Bürosunun yüksəkranqlı diplomatları Rubiodan cümə günü qüvvəyə minən genişmiqyaslı direktivdən ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Ukraynada fəaliyyətini tam çıxarmağı xahiş ediblər.
Nəşrin iddiasına görə, şənbə günü USAID-in Ukrayna əməkdaşlarına göndərilən elektron məktubda deyilir: “Hazırda bu sorğunun tam və ya qismən təsdiqlənəcəyini bilmirik, lakin Vaşinqtondan müsbət siqnallar gəlir”.
Təxminən üç ay davam edəcək dondurulma dünyada 70 milyard dollardan çox məbləğdə yüzlərlə ABŞ müqaviləsinin taleyini qeyri-müəyyən vəziyyətdə qoyur.
Ukraynada məmurlar və QHT əməkdaşları məktəblərə və xəstəxanalara dəstək, həmçinin iqtisadi və enerji infrastrukturunun inkişafı kimi proqramların təhlükə altında olduğu barədə xəbərdarlıq ediblər.
Ukraynalı məmur FT-yə anonim olaraq təsdiqləyib ki, ABŞ-nin hərbi yardımı Rubionun dondurma əmrinə aid deyil. “Ukraynaya hərbi yardım toxunulmaz qalır. Ən azından hazırda bu 90 günlük dondurulmanın bir hissəsi deyil”, – o deyib.