AZ

"Qalatasaray" müdafiənin sağ cinahını Zeki Çeliklə gücləndirmək niyyətindədir

Bakı. Trend:

"Qalatasaray" müdafiənin sağ cinahını yeni oyunçu iləgücləndirməyi planlaşdırır.

Trend-inməlumatına görə, İstanbul təmsilçisinin əsas hədəfi "Milan"da çıxışedən Emerson Royal olub. Lakin onun zədələnməsi səbəbindən klubplanlarını dəyişib. Hazırda "Qalatasaray" bu mövqeyə "Roma"nınmüdafiəçisi Zeki Çeliki transfer etməyi düşünür. Bu barədəTürkiyənin "Fanatik" nəşri məlumat yayıb. Bildirilir ki,"sarı-qırmızılar" yaxın günlərdə 27 yaşlı türk futbolçu üçünİtaliya klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, "Roma" Zeki Çeliki 2022-ci ilin yayında Fransanın"Lill" klubundan transfer edib. Türkiyə millisinin üzvü olanmüdafiəçi bu mövsüm A Seriyasında keçirilən 26 rəsmi oyunda iştirakedərək 1 qol ötürməsi ilə yadda qalıb.

Seçilən
14
8
az.trend.az

10Mənbələr