ETSN və DGK Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası baş tutub.
Nazirliyin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, aksiyada hər iki qurumun rəsmiləri, əməkdaşları və könüllülər iştirak ediblər. Tədbir çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Ağacəkmə aksiyasının məqsədi yaşıllıq sahələrinin artırılmasını təşviq etmək, ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin təmini və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.